Xəbər lenti

Malayziyada iki günlük danışıqlardan sonra ABŞ və Çin nümayəndə heyətləri gələn həftə ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçiriləcək görüşdə müzakirə ediləcək problemlərin həlli üçün çərçivə hazırlaya biliblər.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent bildirib.

Görüşün 30 oktyabrda Cənubi Koreyada baş tutacaq Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində keçirilməsi planlaşdırılır.

ABŞ maliyyə naziri əlavə edib ki, iki tərəf kənd təsərrüfatı məhsullarının alışı və nadir torpaq metallarına ixrac nəzarətinin təxirə salınması barədə razılığa gələ biliblər.




Ana səhifəyə qayıt        Baxış: 2 930          Tarix: Dünən, 20:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma