Xəbər lenti

Britaniyanın Baş naziri Kir Starmer Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran sosial mediada məlumat verib.

Məlumata görə, danışıqlar Türkiyə ilə Böyük Britaniya arasında sıx müttəfiqlik ruhuna əsaslanan strateji münasibətlərə, eləcə də mövcud regional və beynəlxalq proseslərə həsr olunacaq.

Gündəliyə Qəzza zolağındakı vəziyyət, atəşkəsin qorunması və bərpa işlərinin perspektivləri də daxildir. Tərəflər Türkiyənin "Eurofighter" qırıcı təyyarələri alması məsələsini də müzakirə edəcəklər.




Ana səhifəyə qayıt        Baxış: 2 987          Tarix: Dünən, 22:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma