Xəbər lenti

Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının şəxsi heyətinə döyüş hazırlıq səviyyəsinin yoxlanılması üçün həyəcan siqnalı verilib.

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Cənub Hərbi Dairəsi mətbuat xidmətinin rəhbəri Vadim Astafyev deyib. Onun sözlərinə görə, həyəcan siqnalı barədə əmri Cənub Hərbi Dairəsinin komandanı general-polkovnik Aleksandr Dvornikov verib.

O bildirib ki, Cənub Hərbi Dairəsi Qərargahının İnteqrasiya komissiyası kəşfiyyat-zərbə fəaliyyəti, həmçinin mobil nəzarət məntəqələrinin təhlükəsizliyinin və kamuflyajının təmin olunması tapşırıqlarının icrası məsələlərini qiymətləndirəcək.

 




Ana səhifəyə qayıt        Baxış: 607          Tarix: 17-09-2018, 16:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma