Xəbər lenti

 Rusiya Xəzər Donanmasının dəniz piyadaları Dağıstan Muxtar Respublikasına desant çıxarılması təlimi keçiriblər.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib.

Təlim Dağıstan ərazisindəki dəniz piyadalarının “Skorpion” təlim kompleksinin poliqonunda keçirilib.

V.Astafyevin sözlərinə görə, təlimdə 200-ə yaxın hərbçi, təxminən 20 döyüş və xüsusi texnika, eləcə də donanmanın suüstü gəmilərindən ibarət briqadasının heyətindən desantların “Serna” tipli 3 sürətli kateri iştirak edib.




Ana səhifəyə qayıt        Baxış: 972          Tarix: 28-09-2017, 09:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma