Xəbər lenti

 İsrailin qalmaqallı deputatı Oren Xazan ölkəyə səfərə gələn ABŞ Prezidenti Donald Trampın qarşılanma mərasimi zamanı protokol qaydasını kobud şəkildə pozub.

Axar.az xəbər verir ki, Tramp Netanyahunun müşayiəti altında İsrailin nazir və siyasətçiləri ilə görüşməyə başlayıb. Bu zaman Xazan Trampı əlindən tutaraq dayandırıb və onunla selfi çəkdirmək istədiyini bildirib.

O, dərhal smartfonunu cibindən çıxararaq istəyini həyata keçirib.

Netanyahunun isə bu olaydan utanc hissi keçirdiyi videodan aydın görünür.

Qeyd edək ki, ölkə mətbuatı bu olayı İsrail-ABŞ arasında ilk xoşagəlməz hal kimi dəyərləndirib.




Ana səhifəyə qayıt        Baxış: 774          Tarix: 23-05-2017, 00:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma