Xəbər lenti

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində İrana dair xüsusi mətbuat konfransı keçirib. Bolton başqa ölkələrin İrana qarşı sanksiyalardan yan keçməsinə imkan verməyəcəklərini deyib. “İstər Avropa İttifaqı ölkələri olsun, istər başqaları, ABŞ İrana qarşı sanksiyalardan yan keçməyə heç kimə imkan verməyəcək”-o hədələyib.

Con Boltonun sözlərinə görə, ABŞ aqressiv və dönməz şəkildə İrana qarşı sanksiyaları həyata keçirəcək. Bundan əlavə Trampın müşaviri deyib ki, əgər Tehran ABŞ-a qarşı müqavimət göstərməyə cəhd etsə “şeytani yüksək qiymət” ödəməli olacaq.

 

“Qatillərin rejimi və onların tərəfdarları öz davranışlarını dəyişməsələr ciddi nəticələrlə qarşılaşacaqar. Mən bu gün aydın şəkildə demək istəyirəm: sizi izləyirik və arxanızca gələcəyik”-Bolton belə deyib.

ABŞ prezidentinin müşaviri bildirib ki,  noyabrın 4-dən etibarən alıcılar İrandan neft almağa sıfır həddinə qədər azaldacaqlar. İran neftinin ixracını məhdudlaşdıran qadağalar noyabrın 5-dən qüvvəyə minir.

“Banklar və SWIFT kimi maliyyə informasiyalarını mübadilə sistemləri İranla işlərini necə qurmalı olduqlarına fikir verməlidir. SWIFT İran rejimi ilə sövdələşmələrinə yenidən baxan və sayları getdikcə artan şirkətlərdən nümunə götürməlidir”-Bolton əlavə edib.

 




Ana səhifəyə qayıt        Baxış: 518          Tarix: 26-09-2018, 16:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma