Xəbər lenti

Ukrayna hərbçiləri bazar ertəsi, oktyabrın 9-da partlayış baş verən sursat anbarlarının üzərində dronlar müşahidə etməyiblər. Bu barədə Ukraynanın hərbi-hava qüvvələri özünün “Facebook” səhifəsində məlumat verib.

Komandanlıq bununla dronlardan diversiya məqsədilə istifadə edilməsi barədə yayılmış məlumatları rədd edib. Xilasedicilər mərmi partlaması nəticəsində qəsəbədə baş verən 4 yanğını söndürüblər, partlayış zonasında elektrik və qaz xətlərini kəsiblər. Sübh tezdən tibbi yardıma 60-dan çox adam müraciət edib, tüstüyə görə nəfəs ala bilməməkdən gileyləniblər.

Son illər bu Ukraynanın sursat anbarlarında baş verən 5-ci belə hadisədir. Qeyd edək ki, oktyabrın 9-da Ukraynanın Çerniqovsk vilayətindəki sursat anbarında partlayış və yanğın baş verib.

Ukrayna ordusunun baş qərərgahı bildirir ki, partlayış səhərə yaxın baş verib, xəsarət alan yoxdur.

Partlayışla bağlı “hərbi qulluğa səhlənkar yanaşma” maddəsi ilə cinayət işi açıb.

Ətraf kəndlərdən 10 minədək əhali köçürülüb, 30 kilometrlik məsafədə dəmiryolu da daxil olmaqla nəqliyyatın hərəkəti dayandırılıb. Həmçinin həmin ərazidə hava məkanı bağlanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, həmin sursat anbarında 88 min tonadək silah və sursat var. (azadlıq.org)

 




Ana səhifəyə qayıt        Baxış: 183          Tarix: 10-10-2018, 11:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma