Xəbər lenti

 

Rusiya Prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, Vaşinqtonun on illər öncə imzalanmış nüvə sazişindən çıxması yeni silahlanma yarışına aparar. Kremlin bildirməsinə görə, Birləşmiş Ştatların bu qərarını BMT-də simvolik səsverməyə çıxaracaq.

ABŞ Prezidenti Donald Tramp bu həftə deyib ki, 1987-ci ildə imzalanmış Orta Mənzilli Nüvə Silahları Sazişindən çıxacaq. Putinsə oktyabrın 24-də bəyan edib ki, ABŞ artıq 2002-ci ildə Ballistik Raketlərə qarşı Sazişdən çıxıb, yeni nüvə sazişi olan START-ın yenilənməsinin müzakirəsinə də meylli deyil. Strateji nüvə raketləri buraxıcılarına nəzarət edən bu sazişin müddəti 2021-ci ildə bitir.

“Bütün bunlar aradan qalxandan sonra silahlanmanı məhdudlaşdıracaq bir şey qalmır. Belə bir durum, fikrimcə, çox təhlükəlidir. Bütün bunlar silahlanma yarışına aparacaq”, – Putin Moskvada İtaliyanın baş naziri Cüzeppe Konte ilə mətbuat konfransında deyib.

Tramp 1987-cil sazişini Rusiyanın bu sənədi azı 2014-cü ildə bəri pozmasıyla izah edib. Trump-ın daha bir arqumenti bu sazişin Çinə aid olmamasıdır. Çin yaxın və orta mənzilli raket növləri hazırlayır, baxmayaraq ki, saziş Rusiya və Birləşmiş Ştatlara bunu qadağan edir.

Putin deyib ki, noyabrın 11-də Parisdə Trampıla görüşü zamanı bu məsələni müzakirə etmək istəyir. “Biz heç bir isterikasız amerikalı tərəfdaşlarımızla işləməyə hazırıq”, – o deyib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə Birinci Kanala müsahibəsində deyib ki, Kreml BMT Baş Məclisinə təqdim etməyə qətnamə hazırlayır, 1987-ci il sazişinin qüvvədə qalmasından ötrü BMT-də simvolik səsvermə keçirilməsini istəyir:

“Görək, ABŞ-ın müttəfiqləri də daxil olmaqla, ölkələr buna necə reaksiya verəcəklər”, – Ryabkov deyib.

Ryabkovun sözlərinə görə, Trampın 2017-ci ilin yanvarında vəzifəyə başına keçəndən Birləşmiş Ştatları bir sıra böyük sazişlərdən çıxarması “həyəcan yaradır. O, ABŞ prezidentinin 2015-ci il iqlim dəyişikliyi sazişindən, İranla 2015-ci il nüvə sazişindən, UNESCO-nun razılaşmalarından, Universal Poçt Birliyindən çıxması yönündə addımlarını sadalayıb. “Bu yolun sonu varmı, yoxmu, bilmirik”, – Ryabkov deyib.

(Azadlıq radiosu)




Ana səhifəyə qayıt        Baxış: 299          Tarix: 25-10-2018, 15:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma