Xəbər lenti
 
Armen Sarkisyan: “Öncə “erməni soyqırımı” tanınmalıdır”

Ovqat.com xəbər verir ki, Moderator.az erməni mediasına istinadən verilən məlumata görə, Ermənistan prezidenti Armen Sarkisyan İsveçrə televiziyalarından birinə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana mesaj ünvanlayaraq dialoqa hazır olduğunu bildirib.

A.Sarkisyan deyib: “İlk öncə Ərdoğana “Günaydın hörmətli prezident” deyərəm. “Sanıram müzakirə edəcəyimiz mövzular var. Sən Türkiyənin dövlət başçısısan, mən də Ermənistanın. Ailəm, atalarım Ərzurum, Van və Bitlisdəndir. Əvvəlki ailəmin hekayəsi var. Türkiyə-Ermənistan əlaqələrindən niyə danışmayaq, özəl hekayələrimizi niyə danışmayaq ki? Biz sadəcə tarix haqqında deyil, gələcəyi də danışmalıyıq, sənin və mənim uşaqlarımızın, nəvələrimizin gələcəyi, xalqlarımız haqında danışmalıyıq...”

Bir tərəfdən dialoq təklifi ilə çıxış edən Sarkiyan, digər yandan 1915-ci ilin aprel olaylarına da toxunaraq, Türkiyənin sözügedən tarixdə baş verən hadisələri “erməni soyqırımı” kimi tanımasının vacib olduğunu bildirib:

Sarkisyan özünün xristian olduğunu, xristianlığın isə əfv etmək imkanının hər zaman mövcud olduğunu bildirib. Lakin bununla yanaşı belə bir əfvin qondarma “erməni soyqırımı”nı tanımadan sonra gələ biləcəyini vurğulayıb:

“Birinci Dünya Savaşı haqqında danışarkən “erməni soyqırımı”nı xatırlamamaq imkansız. Dövlət başçıları tərəfindən soyqırımın tanınması və tanınma çağırısını mən, Ermənistan və bütün ermənilər böyük bir təqdirlə qarşılayacaq”.

Məlumat üçün qeyd edək ki, Birinci Dünya Müharibəsində Osmanlı imperiyasının 7 müxtəlif cəbhədə müharibə aparmasından istifadə edən ermənilər imperiya daxilində qiyam qaldıraraq on minlərlə silahsız, sivil türk insanını amansızcasına qətlə yetirib, onları tükürpədici işgəncələrə məruz qoyub, türk xalqına qarşı soyqırım həyata keçirib. Başqa sözlə desək, bu gün özünü 1915-ci il olaylarının qurbanı kimi göstərən ermənilər, həqiqətdə bu hadisələr zamanı qatil rolunda çıxış edib. Bu gün isə erməni həyasızlığı o həddə çatıb ki, qatillər qurbanlardan üzr istəmək əvəzinə onları törətmədikləri cinayətə görə əfv edə biləcəyini vurğulayır və bunun üçün konkret şərtlər də irəli sürür. Və bu açıqlama göstərir ki, erməni həyasızlığı erməni yalanı qədər sonsuz və təsəvvüredilməzdir.




Ana səhifəyə qayıt        Baxış: 574          Tarix: 25-10-2018, 23:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma