Qırğızıstanın Cəlalabad vilayətinin 68 yaşlı sakini Tolon Mamırasulov 1995-ci ildən ailəsi ilə birgə vilayətin ucqar dağlarında-mağarada yaşayır.
AZƏRTAC xəbər verir ki, ixtisasca musiqiçi olan Tolon və həyat yoldaşı burada beş övlad böyüdüblər. Onların dördü ailəlidir və Cəlalabadda yaşayır.
Ailə başçısı ona baş çəkməyə gələn jurnalistlərə deyib: “Mən 23 il əvvəl iflic olmuşdum, yuxuda bu mağaranı gördüm, bu məkanı tapıb ailəmlə mağaraya köçdüm və sağlamlığıma qovuşdum”.
Tolon müsəlman olsa da şamanizmlə də məşğuldur və qırğız xalq çalğı aləti olan komuzda çalır.
O deyib ki, mağarada elektrikin və müasir məişət əşyalarının, mebellərin olmaması onları narahat etmir və ailə təbiətlə təmasda yaşamaqdan zövq alır.
Yaxınlıqdakı kəndlərin sakinləri dua etmək və xeyir-dua almaq üçün tez-tez bu mağaraya baş çəkir.
Paylaş: