Xəbər lenti

  

Rusiyanın tanınmış bəstəkarı Vladimir Borodin Moskvaətrafında Solneçnoqorskda ailəsi ilə birlikdə avtomobil qəzasına düşərək ölüb.

Ovqat.com xəbər verir ki, Qafqazinfo Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə bəstəkarın həmkarı Nikolay Buryukov bildirib:

“Bu gün yol qəzasında yaxın dostumuz Vladimir Borodini itirdik. Vladimirin oğlu ilə xanımı xəstəxanada ağır vəziyyətdədir”. 

Maestronun Domodedovada şəhər qəbiristanlığında dəfn olunacağı bildirilir. 

Qeyd edək ki, Borodin Aleksey Qlızin, Anjelika Aqurbaş, Qriqori Leps, Tatyana Bulanova, Kristina Orbakayte kimi məşhurların mahnılarının müəllifidir.




Ana səhifəyə qayıt        Baxış: 333          Tarix: 29-10-2018, 21:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma