Xəbər lenti
27-11-2024, 19:25

 

Rusiyalı ekspert ABŞ Konqresinə keçirilən aralıq seçkilərin nəticələrini və bunun ABŞ-Rusiya münasibətlərinə, eləcə də regional proseslərə necə təsir edəcəyini şərh edib

ABŞ Konqresinə aralıq seçkilər noyabrın 6-da keçirilib. İlkin proqnozlara görə, respublikaçılar ABŞ Senatında çoxluğu qoruyub saxlayıblar. Onlar özlərini zəruri olan 50 yerə qarşı minimum 52 yerlə təmin ediblər. Bununla yanaşı, respublikaçılar Nümayəndələr Palatasında əksəriyyəti itiriblər. Seçkilərdən sonra Amerikada vəziyyətin necə olacağı və onun nəticələrinin ABŞ-Rusiya münasibətlərinə necə təsir edəcəyi barədə Sputnik Azərbaycan-ın suallarını rusiyalı politoloq, "Ali İqtisad Məktəbi" Milli Tədqiqat Universitetinin professoru Dmitri Yevstafyev cavablandırıb.

- Amerika hazırda faktiki olaraq iki hissəyə bölünüb. Baxmayaraq ki, prezident Donald Tramp seçkilərin nəticələrinə görə, Konqresdə (Nümayəndələr Palatasında) mövqelərini itirir, amma Senatda saxlayır. Bu isə o deməkdir ki, impiçment olmayacaq. Bəs seçkilərdən sonra Amerikada vəziyyət necə olacaq və Trampın 2020-ci ildə yenidən prezident seçilmək şansı varmı? 

— Bu seçkilər daha çox 2017-2018-ci ilin ikinci yarısında ortaya çıxan parçalanmanı rəsmiləşdirmiş oldu. Bu, vacib bir mərhələdir, çünki hər kəs Amerika elitasında və cəmiyyətindəki bölünmədən danışır. İndi isə bütün bunlar tamamilə gözlə görünən şəkil alıb. Sözügedən bölünmədə vacib olan odur ki, Tramp əlbəttə, yaxşı nəticələr barədə danışmamaq üçün uduzdu. Onun hələ yayda öz mövqelərini möhkəmləndirməyə çalışdığını xatırlayıram. Əslində heç demokratlar da qazanmadı. Çünki onlar uzunmüddətli planda hər kəsə özlərinin yeni liderlərinin və yeni ideyalarının olmadığını nümayiş etdirməklə uduzdular. Hər şey Tramp və onun hərəkətləri ilə bağlı olan, tamamilə başa düşülən mövzular ətrafında cərəyan etdi.

Demokrat Partiyası göstərdi ki, o, siyasi dominantlıq üçün heç bir potensiala malik deyil və yalnız "ikinci planda" oynamağı bacarır. Bu, müəyyən şərtlər altında gələcək seçkilərdə demokratlara sərmayə qoyacaq Vaşinqtonun siyasi və iqtisadi lobbiçiləri üçün çox ciddi siqnaldır.

Mən risk edərək deyə bilərəm ki, Tramp bu məğlubiyyətlə özünün yenidən prezident seçilməsinə doğru növbəti addım atmış olub. Əlbəttə, bunun üçün Trampın ictimaiyyət qarşısındakı hərəkətlərində daha ehtiyatlı olması da şərtdir. 

İndi onun uğursuzluğuna görə məsuliyyət daşıyan kimsə var. Özü də aydındır ki, xüsusilə də demokratlar ona bu məsələdə xeyli fürsət veriblər. 

Yeri gəlmişkən, mən orada həmişə kölgə gündəmini formalaşdıran "ağıllı kukla"nı görmədim. Bu rol üçün seçilmiş Cozef Bayden də hələ ki, görünmür. Demokratlar təbliğatı maksimum dərəcədə artırsalar belə, onların uğur qazanacağını düşünmək ağılsızlıqdır. Çünki onlar xüsusilə də Senatın nəzarəti altında qaldıqlarından vəziyyətləri çox kədərlidir. Nümayəndələr Palatasında qələbə proqnozlaşdırıldığı qədər də parlaq deyil.

Digər tərəfdən Tramp əlbəttə özünün partiyadakı ən əsas problemini — partiya elitasının və "köhnə respublikaçıların" loyallıq məsələsini həll etməyib. Lakin obyektivlik naminə deyək ki, bu istiqamətdə addım atılıb. Əsas odur ki, Tramp bir çox hallarda məhz onun dəstəyinin həlledici rol oynadığını sübut edib.

Bütün bunları nəzərə alaraq, Tramp tamamən 2020-ci ilin seçkilərinə hazırlaşmağa başlaya bilər. Çünki daxili siyasət və iqtisadiyyatda dominant hakimiyyətə malik Nümayəndələr Palatasına indi Demokrat Partiyası nəzarət edir. O, bunu beynəlxalq arenada da edə bilər.

- Eyni zamanda aydındır ki, respublikaçılar və demokratlar Rusiya ilə münasibətlərin əleyhinə çıxış edirlər. Deməli, seçkilərin nəticələri Amerika-Rusiya münasibətlərinə təsir göstərməyəcək. Bəs bu, İranla sərt mübarizənin ortaya çıxdığı bölgəyə necə təsir edəcək? Axı Rusiya bu vəziyyətdə tərəf tutmaq istəmir. 

— Mən isə bütövlükdə xarici siyasət məsələlərində siyasi konsensusun miqyasını şişirtməzdim. Bu, Amerika-Rusiya münasibətlərinə də aiddir. Təcrübədə həddindən artıq nüanslar və daxili lobbi maraqları var. Bu nüansların bir hissəsi İrana qarşı son sanksiyalar paketindəki çox sayda "istisnalar" içində özünü göstərdi. Bunların hamısı Vaşinqtondakı müxtəlif maraq qrupları tərəfindən lobbiləşdirilib. Eyni şey rus-amerikan münasibətləri məsələsində də mövcuddur: əlbəttə, ümumi qarşıdurma vektoru mübahisəsizdir və 2014-cü ildən əvvəl formalaşıb.

Amma digər tərəfdən, Rusiyadakı müxtəlif iqtisadi qrupların maraqları elə bir səviyyədədir ki, o, gözardı edilə bilməz. Bəli, rusiyalı oliqarxlar bir o qədər effektiv olmasa da, vaxt itirmədən, müxtəlif lobbiçilər vasitəsilə "qarşılıqlı anlaşmaya pul yatırırlar".

Bundan əlavə, siyasət və "sanksiyalar" zamanı açıq-aydın keçib — Amerika rəhbərliyinin son hərəkətləri yarım il əvvəlkindən daha çox ehtiyatlıdır.

Qlobal iqtisadi böhranın əlamətləri indi daha aydın görünməyə başlayır. Qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində, üstəlik Amerika iqtisadiyyatının həddindən artıq şişməsi fonunda, dünya maliyyə sisteminin sanksiyalarla destabilləşməsinin davam etməsi tez bir zamanda bumeranqla ABŞ-ın özünə qayıdacaq.

Vaşinqton Rusiyanın Çinlə daha da yaxınlaşacağından qorxur. İran ətrafındakı vəziyyətə gəlincə, çinlilərin Orta Şərqə maraqları nəzərə alınanda, bu perspektiv daha real görünür. Ancaq hələlik Moskva İran ətrafındakı vəziyyətə və ABŞ siyasətinin inkişaf perspektivlərinə reaksiya verərkən hədsiz dərəcədə ehtiyatlılıq və dəqiqlik nümayiş etdirir. 

Tehranla əməkdaşlığın perspektivlərində əvvəlki eyforiya yoxdur. Bundan əlavə, bu məsələdə maksimal praqmatik yanaşma üstünlük təşkil edir. ABŞ-la münasibətlərin sabitləşdirilməsinə əvvəlki kimi ümidlər də yoxdur. Hətta vəziyyətin müvəqqəti pisləşməsi belə müsbət sayılır.

Amma bir şey aydındır – Moskva normallaşma və gələcək tərəfdaşlıq vədlərinə qarşı Birləşmiş Ştatların bugünkü siyasi qeyri-müəyyən vəziyyətində Tehranla münasibətlərini qurban vermək istəməyəcək. Əksinə, Moskvadan gözləmə mövqeyini gözləməyə dəyər.

Nəticə etibarilə, bu şərtlərdə Rusiya-Amerika münasibətləri bir tərəfdən təbliğati inersiya ilə, digər tərəfdən isə bürokratik maraqlar və mövqelərlə getdikcə daha çox müəyyənləşəcək.

Misal üçün, biz hazırda Pentaqon və Dövlət Departamenti, Dövlət Departamenti və Maliyyə Nazirliyi arasında gələcək sanksiya siyasəti məsələsində qarşıdurma müşahidə edirik. Əlbəttə ki, bu qarşıdurmaların dərinləşməsi Rusiya və onun tərəfdaşlarına möhlət verəcəkdir. Təkrar edirəm, ABŞ-da vəziyyət belədir ki, Donald Trampın yenidən prezident seçilməsi xarici siyasətin gündəminə çevriləcək. \\sputnik




Ana səhifəyə qayıt        Baxış: 413          Tarix: 8-11-2018, 23:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma