Xəbər lenti

Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkənin Avropa İttifaqından ayrılmasına dair aparılan müzakirələrin artıq son mərhələyə çatdığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Londonda ziyafətə qatılan Baş nazir gecədə çıxış edib. O, “Brexit” danışıqları haqqında məlumat verib. Tereza Mey danışıqların olduqca çətin olduğunu, lakin tərəflərin irəliləyiş üçün çalışdığını söyləyib.

Baş nazir hər iki tərəfin noyabr ayının sonunda xüsusi zirvə toplantısı keçirməyə hazırlaşdığını bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 565          Tarix: 13-11-2018, 16:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma