Xəbər lenti

Cənubi Koreyanın avtomobil istehsalçısı “Kia” Çin bazarından 68 min 567 avtomobili mühərrik qüsurlarına görə geri çağırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb.

Bildirilir ki, GAMMA 1.6 T-GDİ mühərriki ilə təchiz olunmuş KX5 modelindən olan avtomobillər noyabrın 26-dan başlayaraq geri çağırılacaq.

Geri çağırılan avtomobillər “Kia”nın Çindəki müştərək müəssisəsində 2016-cı ilin yanvarından 2018-ci ilin noyabrınadək istehsal olunmuş nəqliyyat vasitələridir.

İstehsalçı şirkət qüsurları öz hesabına aradan qaldıracaq.

 




Ana səhifəyə qayıt        Baxış: 294          Tarix: 24-11-2018, 16:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma