Rusiyanın tanınımış telejurnalisti Sergey Brilyov Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvlüyündən çıxarılacaq.
Strateq.az kremlin.ru-ya istinadən bildirir ki, bu barədə Prezident Putinin mətbuat katibi Dimitri Peskov MQİMO-nun tələbələri ilə görüşü zamanı deyib.
Qeyd edək ki, Rusiyanın müxalifət lideri Aleksey Navalnı “Putinpərəst” sayılan və verilişlərində daima Qərbi sərt tənqid edən teleaparıcının Britaniya vətəndaşı olduğunu sənədlərlə göstərmişdi. Navalnı müdafiə naziri Şoyquya müraciət edərək jurnalistin Şuradan çıxarılmasını tələb edib.
“Sergey İctimai Şuralar haqqında qanunu pozub. Yəqin ki, o, daha bu Şuralarda çalışa bilməyəcək”, – deyə Peskov vurğulayıb.
“Britaniya vətəndaşı kimi Rusiya vətənpərvəri olmaq mümkündürmü? Bəli! Brilyov beləsidir. O ölkə üçün çox şey edib” – deyə mətbuat katibi əlavə edib.
Peskov deyib ki, jurnalist Britaniya vətəndaşlığını almaqla qanunu pozmayıb.
Paylaş: