Xəbər lenti

Rusiya gələn ildən gündəlik neft istehsalını 228 min barrel azaldacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

“Rusiya ABŞ-dan sonra dünyanın ən böyük ikinci xam neft istehsalçısıdır. Gündəlik 11,4 milyon barrel olan istehsal səviyyəsi təxminən 2 faiz, yəni 228 min barrel azaldılacaq”, – deyə nazir qeyd edib.

A.Novak razılaşma çərçivəsində Səudiyyə Ərəbistanının sutkalıq neft istehsalı ən çox (gündəlik 500 min barrel) aşağı salan dövlət olacağını deyib və bu ölkənin böyük fədakarlıq göstərdiyini bildirib: “Müttəfiq ölkələr hər ay qlobal neft bazarındakı prosesləri nəzarətdə saxlayacaq”.

OPEC və OPEC+ üzrə neft hasilatının sutkada 1,2 milyon barrel azaldılmasına dair qərara uyğun olaraq, Rusiya və Səudiyyə Ərəbistanı 2019-cu il yanvarın 1-dən sutkalıq istehsalı təxminən 730 min barrel aşağı salacaqlar. Gələn ilin iyun ayına qədər qüvvədə olacaq bu qərar bazarın vəziyyətinə görə yenidən nəzərdən keçiriləcək.

 




Ana səhifəyə qayıt        Baxış: 410          Tarix: 8-12-2018, 13:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma