Bu gün səhər saatlarında Rusiyanın Kirov vilayətinin Şabalin rayonunda dəhşətli yanğın qeydə alınıb.
"Report"un xəbərinə görə, bununla bağlı Kirov vilayətinin istintaq komitəsi məlumat yayıb.
Bildirilir ki, yanğın istixana kompleksində baş verib. Hadisə zamanı dörd nəfər yanaraq ölüb, bir nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb. Onun bədəninin 90 faizi yanıb. Xəstəxanaya çatdırılan yaralı tibb mərkəzində keçinib.
Kirov vilayətində Azərbaycan diasporunun rəhbəri Elnur Hüseynovun veridyi məlumata görə, ölənlərin hamısı azərbaycanlılardır. Onlar 1957, 1965, 1991 və 1996-cı il təvəllüdlü şəxslərdir. Ölənlərdən biri istixananın sabiq rəhbəridir.
2017-ci ildə istifadəyə verilən və ümumi sahəsi iki hektar olan kompleksdə, ümumilikdə 20 işçi olub.
Paylaş: