Xəbər lenti

 2016-cı ildə müxtəlif ölkələrdə 99 BMT sülhməramlısı vəzifəsini yerinə yetirərkən həlak olub.

 APA-nın məlumatına görə, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş “Kommersant” qəzetində dərc edilən məqaləsində yazıb.

 “Artıq sülhməramlı əməliyyatlar həyata keçirilərkən bölgələrdə təhlükəli və mürəkkəb şərait nəzərə alınmalı, yerlərdəki vəziyyətə uyğunlaşdırılmalıdır. Çox vaxt sülhməramlılar elə bölgələrə göndərilir ki, orada münaqişə tərəfləri sülhü prioritet hesab etmir. Bu səbəbdən sülhməramlı missiyalara hücumların sayı artmaqda davam edir”, baş katib vurğulayıb.

 Qeyd edək ki, hazırda BMT 16 ölkədə sülhməramlı əməliyyat həyata keçirir. 




Ana səhifəyə qayıt        Baxış: 655          Tarix: 30-05-2017, 07:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma