Xəbər lenti

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “arena” sözünün stadionlardan çıxarılması ilə bağlı tələbinə tanınmış alim, professor Əhməd Ərcan münasibət bildirib.

Axar.az xəbər verir ki, professor Ərdoğanın “arena” yox, “stadion” olmalıdır” fikri haqda danışarkən bunları deyib:

“Arena” ispancadır, “stadion” isə latınca. Bu sözün türkcə qarşılığı “çeyniktey”dir. Axı biz niyə əcnəbi dildən gələn sözləri deməyə çətinlik çəkmirik, amma öz doğma dilimizdə olan sözləri yadırğayırıq?! Atatürkün də dediyi kimi, türkcə danışmayan insana türk demək olmaz”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədəki stadionlardan “arena” sözünün çıxarılmasının vacibliyi haqda fikirlər səsləndirib. Türkiyədə İstanbul nəhəngləri “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça”nın stadionlarının adında “arena” sözü var.




Ana səhifəyə qayıt        Baxış: 750          Tarix: 30-05-2017, 08:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma