Xəbər lenti

 

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün ölkəsinin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşüb.

Lukaşenko zala toplaşanların çiyinlərində Belarusun suverenliyinin və müstəqilliyinin dayandığını deyib. Bildirib ki, belarusların yaxın illərdə necə yaşayacaqları məhz onlardan asılıdır.

"Şükür Allaha, biz ölkədə oliqarxlar sinfinin meydana gəlməsinə imkan vermədik, hansı ki, belələri təkcə bu və ya digər situasiyanı deyil, ölkəni də idarə edirlər. Biz quldurlara və cinayətkarlara ölkəni hissələrə bölməyə, həmin hissələrə bizim adamların hesabına parazitlik edərək "krışalıq” etməyə imkan vermədik. Bu, nəinki son dövlərin, eləcə də Belarusun bütün müstəqillik dövrünün ən böyük nailiyyətidir. Və bunu sizlər, hüquq-mühafizə orqanları edirsiniz”,-Lukaşenko bildirib. \\ Sfera.az 




Ana səhifəyə qayıt        Baxış: 240          Tarix: 21-08-2019, 22:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma