Nəşr bildirir ki, Fransa xüsusi təyinatlıları İraq Ordusunun terrorla mübarizə üzrə xüsusi bölmələrinə 30-dan artıq ən təhlükəli terrorçuların koordinatlarını, fotolarını və adlarını təqdim edib.
Onların bir qismi İraq qoşunlarının yerüstü əməliyyatları zamanı və artileriya atəşi ilə məhv ediliblər. Qəzet bildirir ki, əlində İŞİD üzvü olan və ölkədə axtarışda olan Fransa vətəndaşlarının siyahısı var.
WSJ məlumatına görə, Mosulda Fransa xüsusi təyinatlılarının 40 üzvündən ibarət qrup var ki, sözügedən terrorçular barədə məlumat toplayırlar. Bunun üçün ən yeni avadanlıqlardan, o cümlədən kəşfiyyat təyinatlı pilotsuz uçuş apparatları istifadə edilir.
«Onlar bu işlə ona görə burda məşğul olurlar ki, evlərində belə işlə məşğul olmaq istəmirlər. Bu, onların vəzifə borclarıdır və ağıl da bunu tələb edir», - deyə nəşr İraq Ordsundan mənbənin sözlərini çatdırır.
Fransa Müdafiə Nazirliyi bu xəbəri şərh etməyib, sadəcə bildirib ki, Fransa qoşunu millətindən asılı olmayaraq terrorçularla mübarizədə İraqlı və beynəlxalq müttəfiqləri ilə çalışır.
Qeyd edək ki, Agence France-Presse ötən həftə məlumat yaymışdı ki, Fransa Ədliyyə orqanları və xüsusi xidmət orqanlarına Suriyaya və İraqa döyüşlərdə iştirak etmək üçün yollanan 1212 ölkə vətəndaşı barədə məlumat var. Ələ keçirilən və geri qaytarılan şəxslərdən 362-i istintaq altındadır, 78 nfəri məhkəməni gözləyir. Qalanları isə polis və xüsusi xidmət orqanları tərəfindən axtarışdadır.
Paylaş: