Xəbər lenti

 .

"Biz terror qruplarının sonuna çıxanacan mübarizəni davam etdirəcəyik".

Teleqraf.com xəbər verir ki, bu sözləri Moskvadan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, İŞİD, PYD-YPG, HPS də daxil bütün terror təşkilatları zərərsizləşdirilməlidir.

Türkiyə dövlət başçısı ABŞ-la Fəratın şərqində terrordan təmizlənmiş təhlükəsiz bölgə yaratmaqla bağlı prosesin davam etdiyini vurğulayıb: "Hazırda proses fəaliyyətdədir, amma biz hazırlığımızı kənara qoymamışıq. İndiki halda sərhəd boyu tam hazır vəziyyətdəyik. Bütün personal, zirehli texnikamız hər an hər şeyi edə biləcək hazırlıqdadır".

Rəcəb Tayyib Ərdoğan Ankara-Vaşinqton xəttində təhlükəsiz bölgə ilə bağlı razlaşma əldə olunarkən İdlibdə türk müşahidə postlarının atəşə tutulmasından meydana gələn rahatsızlığa da toxunub. Türkiyə prezidenti məsələni Vladimir Putinlə müzakirə etdiyini bildirib:

"Cənab Putin bu istiqamətdə birgə müqavimətin zəruriliyindən bəhs etdi. Biz də ona XİN, Müdafiə Nazirliyi və Kəşfiyyat qurumumuzun birgə çalışa biləcəyini çatdırdıq. Amma burada biri-birimizi qətiyyən rahatsız etməli deyilik. Bərabər çalışmanının davam etdirilməsi şərtdir".

 




Ana səhifəyə qayıt        Baxış: 397          Tarix: 29-08-2019, 20:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma