Xəbər lenti

 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov: “Ən yaxşı halda ”Putinin klounu" hakimiyyətə gələ biləcək"

“Elə görünə bilər ki, prezident Vladimir Putinin 2024-cü ildən sonra hakimiyyəti saxlaya bilib-bilməyəcəyi məsələsi Rusiyanın siyasəti üçün əsasdır”. AzNews.az inosmi.ru-ya istinadən xəbər verir ki, bu haqda məlumatı ABŞ-ın Bloomberg nəşrində Leonid Berşidski yazıb.

Müəllif qeyd edib ki, Putinin Konstitusiya çərçivəsindən kənarda hakimiyyətin müddətinin uzadılmasının məqbul variantları artıq qalmayıb. Ancaq onu da qeyd edib ki, Putin hakimiyyətinin saxlanılması üçün digər ssenari Rusiya prezidentinin səlahiyyətlərinin azaldılması parlamentin səlahiyyətlərinin çoxaldılması və Putinin baş nazir vəzifəsinə təyin edilməsidir. “Əlbəttə ki, Rusiyada Konstitusiya məhdudiyyətləri başqa ölkələrdə olduğu kimi deyil. Kreml Rusiya parlamentinə o qədər nəzarət edir ki, bu, istənilən an Konstitusiyanı dəyişməyə və Putini ömürlük prezident etməyə imkan verir. Amma bu ”son variant" Putin üçün son dərəcə arzuolunmazdır və qəbuledilməzdir. Putin prezidentlik müddətinin birbaşa uzadılması ssenarisini dəfələrlə və açıq şəkildə rədd edib. Bu da ona Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin yolu ilə getməsinə mane olur"- Berşidski əlavə edib.

Leonid BerÅidski ile ilgili görsel sonucu

Onun fikrincə, digər bir variant daha kiçik dövlətin daha böyük dövlətdən iqtisadi asılılığından istifadə edərək Rusiyanın qonşu Belarusla birləşməsinə nail olmaqdır.

Ekspert bildirib ki, Putin hakimiyyətinin saxlanılması üçün üçüncü ssenari Rusiya prezidentinin səlahiyyətlərinin azaldılması, parlamentin səlahiyyətlərinin çıxaldılması və Putinin baş nazir vəzifəsinə təyin edilməsidir.

Ekspert xatırladıb ki, son aylar regional seçkilərdə öz namizədlərini irəli sürməkdə Kreml çətinlik çəkir: “Kremlə yaxın sosioloqların sözlərinə görə, partiyanın dəstəyi 35% səviyyəsinə düşüb. Sentyabrda nəzərdə tutulan Moskva Dövlət Dumasına seçkidə namizədlər müstəqil namizəd kimi irəli sürülür: Rusiyanın nisbətən liberal paytaxtında namizədin adı ilə yanaşı, seçki bülletenində göstərilən ”Vahid Rusiya" partiyasının adı çox güman ki, məğlubiyyətə səbəb olacaq. Parlamentin Putinin hakimiyyət dəstəyinə çevrilməsi üçün “Vahid Rusiya”nın uğurlarının canlandırılması lazım gələcək. Lakin bunun üçün Kreml Rusiya vilayətlərindəki yüzlərlə dairədə səsverməni idarə etməlidir. Buna görə də dördüncü ssenari - Putinin 2008-ci ildə etibarlı müttəfiqi Dmitri Medvedevin prezidentliyə namizədliyini irəli sürməsi, Baş nazir postunu tutması, Konstitusiyanın tələb etdiyi kimi, bir prezidentlik müddətini gözləməsi üçün etdiyi variant qalır".

Leonid Berşidski bildirib ki, 2019-cu ildə Rusiyanın aşağı iqtisadi göstəriciləri və nəzarətsiz hüquq-mühafizə orqanları ilə artan problemləri ilə zəifləyən gənc Putinə 2008-ci ildə Medvedevə etibar etdiyi qədər etibar etmək çətin olacaq: “İstisna deyil ki, etibarlı üsul olmadıqda, Putin beş ildən sonra hakimiyyətdə qalma müddətini bir qədər də qanuni şəkildə uzatsa, son nəticədə, Nazarbayev üslubunda hakimiyyətin ”köçürülməsinə" etiraz etməyəcək. Əgər bunu etməsə, Rusiya 1996-cı ildən bəri ilk dəfə olaraq ən yüksək səviyyədə real siyasi rəqabətin şahidi ola bilər.

Düzdür, hələ növbəti prezident seçkilərinədək xeyli zaman var. Amma ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının davam etməsi şimal qonşumuz üçün əlavə problemlər yaradır. Üstəlik, son günlər Rusiyada kütləvi etiraz aksiyalarının da vüsət alması Putin üçün başağrısına səbəb ola bilər. Hesab olunur ki, ABŞ Rusiyadakı seçkilərə müdaxilə üçün müxtəlif planları işə sala bilər. Düzdür, Tramp Rusiyanın G 8-ə qayıtmasını arzu edir Lakin siyasətin görünməyən izi var və bu mənada Putin üçün sürprizlər də istisna deyil.

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında öncə dedi ki, gələcək barədə danışmaq çətindir: “Amma tendensiyalar onu göstərir ki, daha çox dəyişikliklər bəlkə də ABŞ-da baş verəcək. Çünki prezident Trampın həm Avropa, həm Rusiyaya, həm də Çinə aid həyata keçirdiyi yeni siyasət onu göstərir ki, Vaşinqtonun siyasəti ciddi şəkildə dəyişir. Rusiyada gedən proseslərin iki əsas elementi analiz üçün vacibdir: daxildə gedən proseslər və Rusiyanın digər böyük oyunçularla münasibəti. Aydındır ki, Rusiyanın Ukrayna və digər postsovet ölkələri ilə bağlı siyasəti heç də Qərbin Rusiyaya qarşı uzunmüddətli sanksiyalar tətbiqinə səbəb ola bilməz. Çünki istər-istəməz bu və ya digər şəkildə Rusiya bir dünya oyunçusu kimi qəbul olunur və olunacaq. Tendensiya onu göstərir ki, Ukraynaya görə nə ABŞ, nə Avropa ciddi şəkildə Rusiya ilə münasibətləri pozmaqda maraqlı deyil.  Bəlkə də doğru siyasətdir. Çünki fövqəldövlətlərin bir-biri ilə rəqabəti əsasən, daha kiçik oyunçuların sahəsində baş verir, əsas ziyan görənlər də məhz xırda oyunçulardır. Təbii ki, həmin ölkələr böyük ölkələrdir, ancaq dünya üçün o qədər də böyük əhəmiyyət kəsb etmir. Odur ki, biz bu məsələləri həmişə nəzərdə saxlamalıyıq”.

tofiq zülfüqarov ile ilgili görsel sonucu

T.Zülfüqarov xatırlatdı ki, ABŞ-dakı növbəti prezident seçkiləri Rusiya ilə müqayisədə daha tez olacaq: “Bu baxımdan Trampın təzə siyasəti sınaqdan keçiriləcək. Seçkilərdə nə baş verəcəyini demək çətindir. Mən hesab edirəm ki, Trampın yenidən seçilmək ehtimalı daha böyükdür”.

Eks-nazir ABŞ-Rusiya arasındakı ziddiyyətlərin ABŞ-Çin arasındakı ziddiyyətlərdən daha güclü olduğuna inanmadığını vurğuladı: “Bu baxımdan Rusiya manevr edib Qərbin və ABŞ-ın tərəfində ola bilər. Çin də Rusiya ilə əlaqələri Moskvanın maraqlarına uyğun şəkildə qurmaqda maraqlıdır”.

T.Zülfüqarov 2024-dən sonrakı dönəmdə Rusiya hakimiyyətində Putin və ya onun varisinin olacağını güman edir:“Şəxsiyyət təbii ki, əhəmiyyətlidir. Amma siyasət daha əsas sütunlarda formalaşır. Bu sütunların dəyişməsinə mən inanıram. İnanmıram ki, Rusiyada liberallar hakimiyyətə gələcək, bu, mümkün məsələ deyil. Ən yaxşı halda ”Putinin klounu" hakimiyyətə gələ biləcək. Necə ki, bir müddət Medvedev prezident oldu, Rusiyada heç nə dəyişmədi, təxminən belə bir dəyişiklik ola bilər".

T.Zülfüqarov son zamanlar Putinin reytinqinin aşağı düşdüyünü da vurğuladı: “Bunun iqtisadi səbəbləri mövcuddur. Odur ki, yeni bir siyasi konsepsiyanın həyata keçirilməsini istisna etmirəm. Çünki bu, Putin üçün ciddi siqnaldır. Çünki onun reytinqi həmişə yüksək olub. Odur ki, iqtisadi baxımdan əhali üçün hansısa addımların atılması istisna olunmur. Baxın, iqtisadi böhranın səbəbi əsasən, xarici kreditləşmə ilə bağlıdır. Bu, Rusiya iqtisadiyyatının çox vacib elementi olub. Qısa və uzunmüddətli kreditləşmənin dayanması iqtisadi böhrana gətirib çıxarıb. Rusiyanın ABŞ-a yaxınlaşması bəlkə də bu məsələdə hansısa dəyişikliklərə gətirib çıxara bilər. Kreditlərlə bağlı proses davam etsə, iqtisadiyyatın da inkişafı mümkündür. Sanksiyalara baxmayaraq, iqtisadi baxımdan ümumi daxili məhsulun bir faizə yaxın azalması baş verib. Bu mənada çox böyük böhran olmayıb”.




Ana səhifəyə qayıt        Baxış: 337          Tarix: 31-08-2019, 12:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma