
Ermənistan və ABŞ müdafiə sahəsində tərəfdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyanla Pentaqon rəhbərinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi ilə keçirilən görüşdən sonra bildirilib.
Görüş zamanı müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığının hazırkı vəziyyəti və uzunmüddətli institusional proqramların başlanması ilə bağlı məsələlər müzakirə olunub.
Həmsöhbətlər regionda sabit və uzunmüddətli təhlükəsizliyin bərqərar olunmasında ABŞ-nin mühüm rolunu vurğulayaraq, müdafiə sahəsində tərəfdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.
Onlar hərbi təhsil və müdafiə islahatları sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı bir sıra məsələlərə də toxunublar.
Paylaş: