Xəbər lenti

 

İraqın Kərbəla şəhərindəki məsciddə Aşura günü ilə bağlı keçirilən mərasimdə yaranan izdiham zamanı xəsarət alanların sayı 102 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə yerli hakimiyyətə istinadən BBC bildirib.

Qeyd edilir ki, hadisə zamanı azı 31 nəfər həlak olub. İzdiham İmam Hüseyn məqbərəsinin girişlərindən birində başlayıb.

"Məqbərənin girişində bir neçə nəfər büdrəyib və yıxılıb. Arxada gələn kütlə hərəkəti davam etdirib, bəziləri bu vaxt dönərək məqbərənin digər qapısına getməyə çalışıb, nəticədə zəvvarlar bir-birlərinin üstünə yıxılıblar" - deyə əyalət Şurasının nümayəndəsi Zuheyr Əhməd bildirib.

Daha əvvəl bildirilirdi ki, hadisə piyada körpüsünün çökməsi nəticəsində baş verib. Lakin bu versiya sonra təkzib edilib.




Ana səhifəyə qayıt        Baxış: 305          Tarix: 11-09-2019, 08:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma