Xəbər lenti

 

Əfqanıstanın şimalındakı Bəlx əyalətinin Şortəpə qəzasında “Taliban” üzvlərinin yerli qərargaha hücumu nəticəsində azı 11 polisin həlak olduğu bildirilir.

“Report” AP-yə istinadən xəbər verir ki, əyalət qubernatorunun sözçüsü Münir Əhməd Fərhad bir neçə saat davam edən atışma zamanı təhlükəsizlik qüvvələrinin qərargahı nəzarətdə saxlamağa müvəffəq olduqlarını, “Taliban” sözçüsü Zəbihullah Mücahid isə qərargahı dağıtdıqlarını açıqlayıb.

Qeyd edək ki, prezident seçkilərinin keçirildiyi şənbə günü ölkə boyu “Taliban” tərəfindən 68 hücum törədilib, nəticədə aralarında bir polisin olduğu azı 5 nəfər ölüb. 

Rəsmilərin dediyinə görə, təhlükəsizliyə zəmanətin olmaması üzündən 431 səsvermə məntəqəsi bağlı qalıb.




Ana səhifəyə qayıt        Baxış: 355          Tarix: 1-10-2019, 14:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma