Xəbər lenti

Çinin Yunnan vilayətinin Qunşan mahalında davam edən leysan yağışları güclü daşqınlara səbəb olub.

Xarici KİV-in verdiyi məlumata görə, təbii fəlakət 11 min 800 nəfərə xətər yetirib.

Məlumata görə, leysan yağışlar iki gün davam edib və Dulun çayda suyun səviyyəsinin artmasına gətirib çıxarıb. Nəticədə yolları su basıb, 6 körpü və 100-ə yaxın ev dağılıb, elektrik xətləri sıradan çıxıb, təxminən 40 hektar əkinə yararlı torpaq sahəsi su altında qalıb.

Yerli hökumət orqanları insanları təhlükəsiz yerlərə evakuasiya edib. Hadisə yerində xilasetmə qrupları işləyir. /Report/




Ana səhifəyə qayıt        Baxış: 850          Tarix: 3-06-2017, 17:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma