Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərində 37 nəfər, Kürdüstan əyalətində 5 nəfər təbii fəlakətin qurbanı olub
Cümə günündən başlayan leysan yağışlar nəticəsində İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Kürdüstan, Zəncan, Kirmanşah və Mazandaran əyalətlərində sel və daşqınlar baş verib.
APA-nln Tehran bürosunun məlumatına görə, təbi fəlakət həmin əyalətlərdə 40 şəhərə ziyan vurub,
Təbii fəlakət nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb, 6 nəfər itkin düşüb. Sel və daşqınlar daha çox Şərqi Azərbaycan əyalətinin Əcəbşir və Azərşəhr şəhərlərinə ziyan vurub, ölənlərin əksəriyyəti bu iki şəhərdəndir. Azərşəhr və Əcəbşir şəhərlərində 36 nəfər həyatını itirib, 6 nəfər itkin düşüb. Ölənlərdən 1 nəfəri Qərbi Azərbaycan əyalətindən, 5 nəfəri isə Kürdüstan əyalətindəndir.
Ölənlərin sayının 48 nəfərə çatacağı istisna edilmir. İranın Böhranın İdarəetmə Təşkilatından APA-nın Tehran bürosuna bildirilib ki, hazırda itkin düşən şəxslərin axtarışı davam edir.
Qeyd edək ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei təbii fəlakət nəticəsində onlarla insan həlak olması ilə bağlı başsağlığı verib. İran prezidenti Həsən Ruhani ötən gün sel və daşqınlardan ziyan görmüş bölgələrdə yardımların sürətləndirilməsi məqsədilə həmin bölgələrə xüsusi nümayəndə heyəti göndərib.
Paylaş: