Prezident Rəcəb Tayyib Ərdoğan terrorla mübarizə üçün atılan addımların heç vaxt dayandırıla bilməyəcəyini söylədi.
Prezident Ərdoğan Terrorla mübarizə və regional bağlantıların gücləndirilməsi” mövzulu 3-cü Parlament sədrləri konfransında çıxış etdi.
Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqda həyata keçirdiyi terror əməliyyatlarının heç vaxt bu ölkələrin ərazi bütövlüyü və suveren hüquqlarını hədəf almadıqlarını bildirən Ərdoğan dedi:
"Suriyada 3-cü gününü geridə buraxan "Sülh çeşməsi" hərəkatı Türkiyədəki suriyalı qaçqınların tətlükəsiz şəkildə evlərinə qayıtmasını da təmin edəcək. Biz kürd qardaşlarımızla deyil, separatçı terror təşkilatı PKK və onun qolu PYD/YPG ilə mübarizə aparırıq".
Bu mübarizənin kim nə söyləsə də dayandırıla bilməyəcəyini vurğulayan Ərdoğan "geri addım atmaq yoxdur" dedi.
"Yaşadığımız çətinliklər coğrafiyamızın taleyi deyil, bunun qarşısını almaq bizim əlimizdədir" deyə bildirən Ərdoğan "Sülh çeşməsi" hərəkatının Suriyanı bölmək, parçalamaq üçün deyil, bu ölkədə yaşayan hər kəsin hüququnu qorumaq məqsədilə aparaldığını bir daha ifadə etdi.(azxəbər.com)
Paylaş: