Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan da ABŞ-ın PKK-nın Suriya qanadını silahlandırmaq qərarına münasibətini bildirib.
Ovqat.com xəbər verir ki, Ərdoğan Sierra Leone prezidenti Ernest Bai Koroma ilə birgə verdiyi brifinqdə deyib:
"Keçmişdə atılan səhv addımların Suriyada gətirdiyi vəziyyət ortadadır. Bunu daha açıqca ifadə edirəm: Suriya və İraqdakı hər hadisə bizim üçün birbaşa milli təhlükəsizlik məsələsidir. Müttəfiqlərimizin terror təşkilatlarının yox, bizim yanımızda olacağına inanmaq istəyirik”.
Alınan qərar ilə əlaqədar düşüncələrini bu ayın 16-da Donald Trampla aparacaqları danışıqlarda ətraflı şəkildə gündəmə gətirəcəyini bildirən Ərdoğan 25 mayda düzənənlənən növbəti NATO sammitində də bu məsələni qaldıracağını vurğulayıb: “Ümid edirəm ki, səhv yoldan bir an əvvəl geri dönülər”.
Paylaş: