Xəbər lenti

 

“Türkiyənin əvvəldən bəri Suriyadakı kürdlərlə heç bir problemi yoxdur, sadəcə PKK ilə var”.

Bu sözləri Ərbildəki Yaxın Şərq Araşdırma İnstitutu (MERI) tərəfindən təşkil edilən bir paneldə Suriya və PKK ilə əlaqədar çıxışında Türkiyənin Suriya kürdləri ilə hər hansı bir problemi olmadığını vurğulayan İraq Kürd Regional Rəhbərliyinin Baş naziri Necirvan Bərzani deyib.

Bərzani Türkiyə tərəfinin “Biz heç bir şəkildə Suriya ilə sərhədlərimizdə PKK əsgilərini həzm edə bilmərik" mövqeyinin ona çatdırıldığını bildirib: “Bunun Suriyadakı qardaşlarımız üçün də böyük bir təhlükə olduğunu söyləməyə çalışdıq”.

PKK-nın Suriyadakı mövcudluğuna reaksiya göstərən Bərzani eyni zamanda qeyd edib ki, yeganə istəkləri kürdlərin PKK ilə aralarına məsafə qoymalarıdır: "PKK özünü Suriya kürdləri vasitəsilə legitimləşdirmək istədi və təəssüf ki bu gün bu nöqtəyə gəlib çıxıldı”.

Məlum olduğu kimi, başda ABŞ, Avropa və Rusiya olmaq üzrə bəzi ölkələr Türkiyənin PKK terroruna qarşı mübarizəsilə bağlı açıqlamalarında PKK yerinə şüurlu şəkildə “kürdlər" ifadəsini istifadə etməkdədir. Sözü gedən mövqe, Türkiyənin cənub sərhəddində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və əmin-amanlıq gətirmək məqsədilə başlatdığı "Barış pınarı" əməliyyatı prosesində də davam edir. 

PKK-nın Türkiyə kimi, ABŞ və Avropanın da terror təşkilatları siyahısında yer almasına baxmayaraq, nümayiş etdirilən bu davranış, ölkənin bu gün də davam etdirdiyi və son 30 illik terrorla mübarizə prosesini təhrif edir. 

Suriya və İraqdakı müharibədən qaçan kürdlər Türkiyəyə sığınır, ölkəmiz etnik mənşə, din və məzhəb ayrı-seçkiliyi etmədən vətəndaşlara qucaq açır. Həmçinin kürd əsilli vətəndaşlar, Türkiyənin terrorla mübarizəsi əsnasında PKK-nın hərəkət etdiyi ərazilərdən qaçır. Bu vəziyyət Türkiyənin mübarizəsinin kürdlərlə deyil, PKK və törəmələri olan SDG/PYD/YPG adı altında fəaliyyət göstərən terror təşkilatları ilə olduğunun vacib sübutlarından biridir. 

Türkiyə Silahlı Qüvvələri "Barış pınarı" əməliyyatı zamanı Aİ və NATO tərəfindən də terror təşkilatı kimi qəbul edilən PKK-nın Suriya qanadı olan PYD/YPG ünsürlərini və onlara aid sığınacaq, mövqe, silah, avadanlıq və materialları hədəf alıb. PYD/YPG terror təşkilatının münaqişənin əvvəlindən bu yana kürdlər başda olmaqla bölgə xalqına qarşı təzyiq və qorxutma siyasəti apardığı, yerli xalqı zorla evlərindən didərgin saldığı göz qabağındadır. PYD/YPG-nin etnik təmizləmə başda olmaqla insanlığa qarşı törətdiyi cinayətlər, müstəqil beynəlxalq təşkilatlar tərəfindən də rəsmiləşdirilib. \\Avropa.info 




Ana səhifəyə qayıt        Baxış: 337          Tarix: 6-11-2019, 23:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma