Xəbər lenti

 

Özbəkistanın Azərbaycandakı səfirliyi Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova Özbəkistan parlamentinin aşağı palatasına keçiriləcək seçkilərdə Azərbaycanın müşahidəçi qismində iştirak etməsi üçün müraciət göndərib.

Məlumata görə, bunu Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev brifinq zamanı deyib.

Səfir bildirib ki, müşahidəçi qismində Milli Məclisin beş deputatının iştirakı gözlənilir.

Qeyd edək ki, Özbəkistan parlamentinin 150 yerlik aşağı palatasına seçkilər dekabrın 22-də baş tutacaq.\\İstiqlal.az




Ana səhifəyə qayıt        Baxış: 353          Tarix: 27-11-2019, 20:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma