Xəbər lenti

Polşanın Tehrandakı səfiri Marcin Vilçek İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Qeyd olunur ki, buna səbəb Polşa xarici işlər nazirinin Rusiyanın Ukraynaya qarşı müharibəsində İran istehsalı pilotsuz təyyarələrdən istifadə edilməsi ilə bağlı açıqlamaları olub.

Görüş İran XİN-in Aralıq dənizi və Şərqi Avropa İdarəsinin rəisi Mahmud Heydəri ilə baş tutub. Görüş zamanı Heydəri Polşa nazirinin çıxışını qınayıb və bu açıqlamanı yalan ittihamlar, əsassız və İranın daxili işlərinə qarışma kimi qiymətləndirib. O, İranın rəsmi etirazını Polşa tərəfinə təqdim edib.

Səfir Vilçek cavab olaraq, Polşanın İranla dostluq münasibətlərini qorumaqda maraqlı olduğunu və bu etirazın tezliklə Varşavaya çatdırılacağını bildirib.

Qeyd edək ki, dünən Polşa XİN-nin rəhbəri Radoslav Sikorski Böyük Britaniya parlamentində çıxışı zamanı Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi İran istehsalı dronu nümayiş etdirmişdi.




Ana səhifəyə qayıt        Baxış: 34          Tarix: Bu gün, 17:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma