Xəbər lenti

Baş nazirin sabiq müavini Abid Şərifov insult keçirib.

 "Yenisabah" xəbər verir ki, o, yerimə və danışma qabiliyyətini itirib.

Baş nazirin sabiq müavini hazırda xəstəxanada müalicə alır, həkim nəzarəti altındadır.

A.Şərifovun ailəsindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, 85 yaşlı Abid Şərifov 1995-ci ildən 2018-ci ilə qədər baş nazirin müavini vəzifəsində çalışıb.




Ana səhifəyə qayıt        Baxış: 2 627          Tarix: Bu gün, 20:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma