Xəbər lenti

 

İraqda bu gün hökumətə qarşı keçirilən etiraz nümayişləri zamanı azı 27 nəfər həlak olub.

Ölkənin cənubundakı Nəsiriyyə şəhərində təhlükəsizlik qüvvələrinin körpünü boşaltmaq üçün nümayişçilərə atəş açması nəticəsində azı 20 nəfər öldürülüb. Daha 4 nəfər Bağdadda, 3 nəfər isə İranın Baş Konsulluğunda yanğın zamanı (Nəcəf şəhərində) ölüb. Qarşıdurmalar zamanı həmçinin daha 18 nəfər yaralanıb. Qeyd edək ki, Nəsiriyyə baş nazir Adil Əbdül Mehdinin doğma şəhəridir.

Xatırladaq ki, oktyabrın 1-dən etibarən ölkə boyu işsizliyə, korrupsiyaya, dövlət xidmətlərinin yarıtmaz fəaliyyətinə qarşı etiraz nümayişləri getdikcə hökumətə qarşı çevrilib. \\Teleqraf.com




Ana səhifəyə qayıt        Baxış: 367          Tarix: 28-11-2019, 23:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma