Xəbər lenti

"ABŞ ərazisindən Rusiyaya hər gün haker hücumları edilir".  Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, hücumların hədəfləri arasında Rusiya prezidentinin saytı da var. Dünən isə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər ki, Amerika xüsusi xidmət orqanları Rusiyanı kiberhücumlarla hədələyirdilər. Onlar KİV-lər vasitəsilə göstərirlər ki, istənilən vaxt Rusiya infrastrukturunun əsas obyektlərinə hücüm edə bilərlər.

İdarədə qeyd ediblər ki, Rusiyanın elektron infrastrukturuna hücumların 28 faizi ABŞ ərazisindən həyata keçirilir.

Agentliyin yazdığına görə, Moskva kibercinayətlərlə mübarizə məsələləri üzrə ikitərəfli konsultasiyaların keçirilməsini Vaşinqtona dəfələrlə təklif edib. Ancaq ABŞ administrasiyası hər dəfə ünsiyyətdən yayınıb. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir .(olaylar.az)

 




Ana səhifəyə qayıt        Baxış: 846          Tarix: 8-06-2017, 16:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma