Xəbər lenti

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın G20-nin Hamburqda keçiriləcək sammiti çərçivəsində görüşü hələ razılaşdırılmayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Ağ ev yanında ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətinin əməkdaşı belə bir görüş razılaşdırılıbmı sualına "Xeyir" deyə cavab verib.

"Bu, səhv məlumatdır. Bizim prezidentin səfər cədvəli hələ hazırlanma mərhələsindədir", - deyə o, "Bloomberg"in prezidentlərin görüşəcəyi ilə bağlı yaydığı xəbəri şərh edərkən deyib.

 




Ana səhifəyə qayıt        Baxış: 946          Tarix: 10-06-2017, 11:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma