Xəbər lenti

 

Gürcüstan Prokuror Şurası keçmiş baş prokuror İrakli Şotadzeni məxfi səsvermə ilə baş prokuror vəzifəsinə namizəd seçib.

Axar.az xəbər verir ki, Şotadzenin lehinə şurada 11 səs verilib. Bundan sonra Şotadzenin namizədliyinin təsdiqlənməsi üçün Gürcüstan parlamentinə təqdim ediləcəyi vurğulanıb.

Qeyd edək ki, Şotadze 2015-2018-ci illər arasında baş prokuror vəzifəsini icra edib. 2018-ci ildə o, Tiflisdə iki yeniyetmənin ölümüylə bağlı etiraz aksiyası nəticəsində istefaya gedib.




Ana səhifəyə qayıt        Baxış: 607          Tarix: 8-02-2020, 16:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma