Xəbər lenti

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun Baş katibi Yens Stoltenberq birgə mətbuat konfransı keçiriblər.

Ərdoğanla Stoltenberq Brüsseldə görüşüblər. Türkiyə Prezidenti mətbuat konfransında heç bir Avropa ölkəsinin Suriyadakı qarşıdurmalara laqeyd qalmaq lüksünun olmadığını deyib.

Ərdoğan, NATO-nun Türkiyə ilə ittifaq həmrəyliyində olduğunu açıq şəkildə göstərməsi lazım gələn kritik bir dövrdə olduğunu qeyd edib. Türkiyə Prezidenti İŞİD ilə mübarizə aparan və bu uğurda şəhid verən yeganə NATO ölkəsinin Türkiyə olduğunu bildirib.

 

NATO Baş katibi Yens Stoltenberq İdlibdə atəşkəsin davam etdiyini və ötən günlərdə bölgədəki şiddətin azaldığını deyib: "Bölgədəki şiddət ən çox Türkiyəyə təsir göstərir. Başqa heç bir müttəfiqimiz bölgədəki vəziyyətdən bu qədər təsirlənməyib. Əsəd və Rusiya tərəfindən edilən bombardmanlar bölgədə insan fəlakətinə yol açıb. Türkiyə çox ağır bir yük daşıyır və uzunmüddətli həllin tapılmasında üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Qarşılaşılan böhran ümumi bir problemdir, ortaq şəkildə həll edilməlidir. NATO bundan sonra da üzərinə düşən öhdəliyi yerinə yetirməyə davam edəcək". \\SİA




Ana səhifəyə qayıt        Baxış: 1 358          Tarix: 10-03-2020, 00:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma