Xəbər lenti

 

Hamam, araq və təmiz havada işləmək koronavirusla mübarizədə kömək edər. 

"AzPolitika.info" xəbər verir ki, bu barədə martın 16-da kadr təyinatları zamanı Belarus prezidenti Alesandr Lukaşenko bəyan edib (tut.bu).

«Əllərinizi tez-tez yuyun, vaxtlı-vaxtında səhər yeməyi yeyin, nahar və şam edin. Mən, içki içmirəm, ancaq son vaxtlar zarafatyana deyirəm: görünür spirtlə təkcə əlləri yumaq yox, həm də təmiz spirtə hesablamaqla, gün ərzində 40-50 qram araq içmək lazıdır - virusu zəhərləmək üçün. Amma iş vaxtı yox!» - deyə, Belarus lideri qeyd edib.

Prezident həm də «quru hamam»a getməyi tövsiyə edib - «həftədə 2-3 dəfə getmək faydalıdır».

“Çinlilər bizə söylədilər ki, bu virus +60 dərəcəyə davam gətirmir” - Lukaşenko bildirib və əlavə edib ki, panika yaratmaq lazım deyil, sadəcə işləmək lazımdır və kəndi misal gətirib.

«Televizorda baxmaq ləzzət verir - traktorda necə işləyirlər, heç kim virusdan danışmır. Orada traktor hamını müalicə edir, tarla hamını müalicə edir…» - deyə, Belarus lideri bəyan edib.

AzPolitika.info




Ana səhifəyə qayıt        Baxış: 1 592          Tarix: 19-03-2020, 11:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma