Xəbər lenti

BƏƏ hökuməti üçüncü ölkələrdən olan aviaşirkətlərə Qətərə və oradan uçuş zamanı öz hava məkanlarından və aeroportlarından istifadə etməyə icazə verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə BƏƏ Mülki Aviasiya İdarəsinin ölkədəki WAM informasiya agentliyində dərc olunan bəyanatında bildirilib.

Qeyd edək ki, daha əvvəl BƏƏ və Səudiyyə Ərəbistanı da daxil olmaqla Fars körfəzinin bir sıra ərəb dövləti Qətərə gedən və ya oradan çıxan bütün beynəlxalq uçuşlar üçün öz hava məkanını bağlamışdı.

Oxşar qərar Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsi tərəfindən də qəbul edilib.

Həmçinin, yeni dəyişikliklərə görə, Qətər aviasiyası tərəfindən həyata keçirilən reyslər istisna olmaq şərtilə özəl və çarter reyslərin Qətərə gedərkən və ya oradan gələrkən BƏƏ hava məkanına daxil olmasına icazə verilib. Sadəcə, bunun üçün uçuşdan 24 saat əvvəl xəbərdarlıq edilməli, sərnişinlərin adları, yükün xarakteri daxil olmaqla reyslə bağlı tam məlumat verilməlidir.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir rəsmi Dohanı terrorizm dəstək verməkdə və onların daxili işlərinə müdaxilə etməkdə ittiham edərək Qətərlə diplomatik əlaqələri və hər cür bağlantını kəsib. Daha sonra diplomatik əlaqələrin kəsilməsiylə bağlı Maldiv adaları, Mavriki, Mavritaniya bəyanat yayıb. İordaniya və Cibuti Qətərdəki diplomatik nümayəndəliyinin səviyyəsini azaldıb. Seneqal, Niger və Çad səfirlərini geri çağırdıqlarını elan edib.

 




Ana səhifəyə qayıt        Baxış: 1 013          Tarix: 13-06-2017, 11:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma