Xəbər lenti

 

Vitse-spikerin və deputatların da iştirak etdiyi iftar süfrəsində dava düşdü, 5 nəfər yaralandı.

Ovqat.com “hürriyet”ə istinadən xəbər verir ki, Türkiyənin Adıyaman əyalətinin Kahta rayonunda Böyük Millət Məclisinin vitse-spikeri Ahmet Aydın və digər millət vəkillərinin iştirak etdiyi iftar süfrəsində iki ailə arasında dava düşüb, nəticədə 5 nəfər yaralanıb.

Kahta rayon bələdiyyəsi və Qaziosmanpaşa,Sultanqazi, Arnavutköy Adıyamanlılar Derneyi  (GADER) tərəfindən təşkil edilən iftar süfrəsində iki ailə arasında münaqişə yaranıb. Mübahisə qısa zamanda davaya çevrilib. İki ailə arasında baş verən davaya digərləri də qarışıb. Nəticədə 5 nəfər yaralanıb, xəstəxanaya yerləşdirlən yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

İftar süfrəsində parlamentin vitse-spikeri Ahmet Aydınla yanaşı, Adıyaman millət vəkili İbrahim Fırat, Adıyaman valisi Abdullah Erin, Kahta bələdiyyə başqanı Abdurrəhman Torpak iştirak edib.

İftar süfrəsindəki dava vitse-spiker Ahmet Aydının Qətər ətrafında yaşanan olaylarla bağlı çıxışı zamanı baş verib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır və davada iştirak edənlər dindirilir.




Ana səhifəyə qayıt        Baxış: 801          Tarix: 14-06-2017, 12:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma