Xəbər lenti
Fransanın Qrand-Sante qaçqın düşərgəsində yanğın baş verib.

Ovqat.com Axar.-a istinadən xəbər verir ki, nəticədə ölən olmasa da, düşərgə külə dönüb. Ən azı 10 nəfər də xəsarət alıb.

Xilasetmə qruplarının müdaxiləsindən sonra yanğın söndürülüb.

Ehtimala görə, düşərgəni orda yaşayan adamlardan biri qəsdən yandırıb.

Məlumat dəqiqləşdirilir.

Qeyd edək ki, düşərgədə 500 adam yaşayırdı.


Ana səhifəyə qayıt        Baxış: 915          Tarix: 11-04-2017, 13:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma