Xəbər lenti


Belarusda prezident seçkiləri ilə bağlı olaraq prezident Aleksandr Lukaşenko və müxalifət arasında mübarizə kəskinləşir.
Musavat.xom xarici agentliklərə istinadən xəbər verir ki, ölkənin tanınmış siyasi texnoloqlarından sayılan Vitali Şklyarov həbs olunub.
Yerli “ONT” kanalının məlumatına görə, Sergey Şklyarov müxalif siyasətçi, hazırda həbsdə olan Sergey Tixanovskinin ətrafında etiraz elektoratı toplayırmış.

Sergey Tixanovskinin xanımı, müxalifətin prezidentliyə vahid namizədi Svetlana Tixanovskayanın mətbuat katibi Anna Krasulina həbsin qondarma motivlər üzərində həyata keçirildiyini bildirib. O, V.Şklyarovun heç bir zaman Sergey Tixanovskiylə çalışmadığını deyib.
Bəhs olunan ekspertin 44 yaşı var. O, Almaniya kansleri Angela Merkel, ABŞ-ın keçmiş prezidenti Barak Obama, prezidentliyə keçmiş namizəd Berni Sanders, Rusiya Dövlət Dumasının müxalifətçi keçmiş deputatı Dmitri Qudkov və Rusiya prezidentliyinə keçmiş namizəd, teleaparıcı Kseniya Sobçakın seçki qərargahlarında çalışıb.

Vitali Şklyarovun həbs edildiyi gün, yəni iyul ayını 29-da “Qordon” kanalında onun Belarusdakı seçkilərlə bağlı materialı nümayiş etdirilib. Burada siyasi ekspert seçki kampaniyası boyunca A.Lukaşenkonun rəqiblərinə qarşı həyata keçirdiyi siyasi təqiblərdən bəhs edib. V.Şklyarovun fikrincə, Belarusun hazırkı lideri döyüşsüz hakimiyyəti təhvil verməyəcək. O, xalqın artıq qorxmaqdan yorulduğunu, repressiyaların isə ölkə həyatında adi hala çevrildiyini deyib.

Xatırladaq ki, dünən Belarusda Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin 30-dan çox döyüşçüsü həbs edilib. Belarus xüsusi xidmət orqanları onların ölkədə siyasi vəziyyəti qarışdırmaq üçün gətirildiyini bildirib. Dövlət Təhülkəslzik Xidmətini məlumatına əsasən bu məqsədlə şirkətin 200 muzdlusu Belarusa yerləşdirilib.
Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 2 822          Tarix: 30-07-2020, 17:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma