Xəbər lenti
Dünən, 23:43
Dünən, 21:48
Dünən, 18:25
Dünən, 16:30
Dünən, 12:12
Dünən, 11:23
Dünən, 09:32
2-02-2025, 23:11
2-02-2025, 22:52
2-02-2025, 22:00
2-02-2025, 20:41
2-02-2025, 19:52
2-02-2025, 17:34
2-02-2025, 16:13
2-02-2025, 15:45
2-02-2025, 15:15
“Microsoft” şirkəti Rusiyanın Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinə bağlı olan “Strontium” haker qrupunun 2019-cu ildən bəri ABŞ-da 200-dən çox şirkətə qarşı hücum etdiyi barədə məlumat yayıb.
Həmin qrupun hədəfindəki şirkətlər bu ilin noyabr ayını 3-də keçiriləcək prezident seçkilərinin təşkili ilə məşğul olan qurumlardır.
“Microsoft”un vitse-prezidenti Tom Bertin sözlərinə görə, virtual piratlar əsasən, namizədlərin qərargahlarında yüksək vəzifə tutan şəxslərin, habelə, ABŞ və Avropanın iri siyasi partiyalarının, qeyri-hökumət təşkilatlarının serverlərini ələ keçirmək istəyiblər.
“Microsoft” eyni adlı qrupun hələ 2016-cı ildə keçirilən prezident seçkilərində Demokrat partiyasının namizədi Hillari Klintona qarşı çalışdığını bəyan edib. Hakerlər öz hücumlarını minlərlə İP ünvan vasitəsilə, əsasən, “Tor” şəbəkəsindən gerçəkləşdirirlər.
Son iki ayda rus hakerləri Demokrat partiyasından prezidentliyə namizəd Co Baydenlə çalışan və paytaxt Vaşinqtonda fəaliyyət göstərən “SKDKnickerbocker” şirkətinə qarşı iri miqyaslı həmlələr ediblər.
“Microsoft” sön dövrlərdə Çin və İran hakerlərinin də fəallaşdığını qeyd edir. Məsələn, Çin kəşfiyyatına bağlı “Zirconium” qrupu bu ilin mart-sentyabr aylarında minlərlə virtual hücum törədib ki, onlardan 150-i uğurla nəticələnib.
İran kəşfiyyatı virtual məkanda “Phosphorus” haker qrupu adı ilə fəallaşıb. Bu ilin may ayında adı çəkilən qrup Ağ Ev əməkdaşlarının bir hissəsinin şəxsi hesablarını “yoxlayıb”.
ABŞ-ın kibertəhlükəsizlik sahəsində iri şirkətlərindən sayılan “FireEye”ın top-meneceri Con Haltkvist baş verənləri olduqca təhlükəli hal hesab edir. Onun sözlərinə görə, haker-kəşfiyyatçıların əsas məqsədləri ölkədəki əsas məlumat bazalarına tam nəzarət etməkdir./musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər