Xəbər lenti


ABŞ prezidenti Donald Tramp bildirib ki, ən yüksək dövlət postuna seçilməsinə görə özünün bütün dostlarını itirib, onları Konqres üzvləri əvəz ediblər.

"Mən bu posta görə özümün bütün dostlarımı itirdim. Mənim dostlarım vardı. "Ey, Don, gedək şam edək", "Yaxşı, Riçard, gedəcəyəm", "Hey, Don, gəl gedək", "Oldu, Larri, sonra Nyu-Yorkda restoranda görüşək. 

Bizim çox gözəl söhbətlər edirdik, siz bilməməlisiniz ki, nə haqda danışırdıq, bu sizin işiniz deyil. Amma biz rahat idik", - Viskonsində seçicilərlə görüşdə Tramp deyib.

"Mən gözlənilmədən ABŞ prezidenti oldum. Və indi onlar mənə zəng edirlər: "Cənab prezident, cənab, nə vaxtsa görüşmək istəmirsinizmi?" Mən deyirəm: "Rahat ol. Məni sadəcə Donald çağır, sən məni 30 ildir tanıyırsan", "Çox təşəkkür, cənab prezident", - Tramp əlavə edib.

O, daha dostları ilə əyləşib içə bilməməsindən şikayətlənib, bununla yanaşı bildirib ki, alkoqollu içki qəbul etmir.

Trampın sözlərinə görə, indi o, dostlarını əvəz edən Konqres üzvlərinə güvənməlidir.//Report



Ana səhifəyə qayıt        Baxış: 2 635          Tarix: 18-09-2020, 09:12      


Paylaş: