Xəbər lenti


Almaniyanın paytaxtı Berlin polisi əməkdaşları arasında 25 nəfərlik irqçi faşist çatlaşma qrupu yaranıb.

Bu qrupu yerli ARD telekanalının “Monitor” verilişi aşkar edib.

Bildirilib ki, 25-dən çox polis əməkdaşının daxil olduğu çatlaşma qrupunda müsəlmanlar təhqir edilib. Faşist polislər müsəlmanları “daş dövrünün mədəniyyətinə aid fanatik insanlar” olaraq təqdim ediblər.

Bir müddət əvvəl Şimali Ren Vestfalya polis təşkilatının əməkdaşları arasında belə bir faşist qrupun olduğu aşkarlanmışdı.

Almaniya Mülki Polis Birliyinin sədri Sebastian Fidler isə irqçi polislərin hərəkətini belə qiymətləndirib:

“Sosial şəbəkədə paylaşım edənlər Almaniya konstitusiyasına and içiblər, ancaq tam əksini edirlər”.//Report



Ana səhifəyə qayıt        Baxış: 1 440          Tarix: 2-10-2020, 10:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma