Xəbər lenti

 

Fransada hücuma məruz qalan polis əməkdaşlarından biri xəstəxanada ölüb. 

“Report”un yerli bürosu xəbər verir ki, digər polis əməkdaşının vəziyyətinin isə ağır olduğu bildirilir. 

Məlumata görə, hücum edən şəxsin özü də polis əməkdaşıdır. 

Hadisə polis idarəsinin həyətində baş verib. 

Hazırda Fransanın daxili işlər naziri Kristof Kastaner ərazidədir. 


*** 16:01

Fransanın paytaxtı Parisdə polis əməkdaşlarına hücum olub. 

“Report”un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində polis əməkdaşlarından biri ağır bıçaq yarası alıb.  

Polislər hücum edən şəxsi öldürüb. 

Faktla bağlı araşdırma aparılır. 




Ana səhifəyə qayıt        Baxış: 497          Tarix: 3-10-2019, 16:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma