Xəbər lenti
Bu gün, 09:30
Dünən, 22:21
Dünən, 19:31
Dünən, 17:10
Dünən, 15:27
Dünən, 14:30
Dünən, 13:54
Dünən, 13:00
Dünən, 11:39
18-01-2025, 23:47
18-01-2025, 23:00
18-01-2025, 21:27
18-01-2025, 20:44
18-01-2025, 19:32
18-01-2025, 18:18
18-01-2025, 17:25
Əlcəzair Prezidentinin arxivlər üzrə müşaviri Əbdülməcid Şeyxi Fransa hökumətindən Parisdə saxlanılan və onun ölkəsinin tarixinə dair arxiv materialların qaytarılmasını tələb edib. Bildirib ki, 6 ay əvvəl bu məsələ ilə əlaqədar Fransa Prezidenti Emmanuel Makrona göndərilmiş məktub hələ də cavabsız qalıb.
AZƏRTAC Əlcəzairin rəsmi APS informasiya agentliyinə istinadla xəbər verir ki, Prezidentin müşaviri arxiv materialları qaytarılmayanadək fransız tarixçiləri ilə əməkdaşlıq etməyəcəyini də bildirib. O deyib: “Onlar bizim hansı materialları tələb etdiyimizi yaxşı bilirlər. Biz keçmişimizi unuda bilmərik və tariximiz həyatımızın mühüm bir hissəsidir. Materialların qaytarılmasını və onların Əlcəzairdə tədqiq edilməsini istəyirik”.
Əlcəzairin Fransadan tələb etdiyi arxiv materialları fransızların müstəmləkəçiliyi dövründə bu ölkədə törədilən faciələrlə bağlıdır. Rəsmi Paris onları qaytarmaq istəmir, fransız tarixçilər isə birgə elmi tədqiqatlar aparılması təklifini irəli sürürlər.
Arxiv materialları ilə yanaşı, iki ölkə arasında daha bir mübahisə Parisdəki İnsan Muzeyindəki 18 min insan kəlləsi arasında 2 minə yaxın əlcəzairli üsyançının kəllə sümüklərinin olmasıdır. Onlar XIX əsrdə müstəmləkəçi ordu tərəfindən qətlə yetirilib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər