ATƏT məkanında artan qeyri-tolerant münasibət və müsəlmanlar, xristianlar və digər dinlərin üzvlərinə qarşı ayrıseçkilik cəmiyyətlərimizdə harmoniya və sabitliyə ciddi təhdid mənbəyidir.
Ovqat.com "Report" istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin aprelin 27-də Vyanada Daimi Şuranın iclasında oxunan bəyanatında deyilir.
Sənəddə bildirilir ki, ATƏT üzvü olan ölkələrdə islamofob hücumlar və ictimai ritorika narahatlıq doğurur: "Azərbaycan bu mənfi hallarla mübarizədə hərtərəfli yanaşmadan istifadənin və mədəniyyətlər və sivilizasiyalar arasında dialoq və anlaşmanın artırılmasının tərəfdarıdır".
Daimi Nümayəndəlik həmçinin tolerantlığı və cəmiyyətdə müxtəlifliyi təbliğ etmək baxımından ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun vacibliyini vurğulayıb: "ATƏT məkanında müxtəlifliyə hörmət mədəniyyətini təşviq etmək üçün əlavə addımlar atılması lazımdır".
Paylaş: